Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çempion kim olacaq? "Abşeron", yoxsa "Azərreyl"?

Bu gün qadın voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasının final seriyasında ikinci oyun keçiriləcək. Saat 15:00-da Milli Gimnastika Arenasında baş tutacaq bu həlledici oyunda ötən mövsümün çempionu adını daşıyan "Abşeron"la ölkə voleybolunun flaqmanı sayılan 'Azərreyl " qarşılaşacaq. 

Xatırladaq ki, iki gün öncə keçirilən ilk oyunda "Abşeron" quru hesablı qələbə qazanıb - 3:0. Reqlamentə görə iki oyunda qalib gələn komanda çempion olacaq. Əgər iki oyunda qalib aşkar edilməzsə (1:1), onda rəqiblər qalibi qızıl setdə müəyyənləşdirəcəklər. 

Yeri gəlmişkən, sabah isə eyni vaxtda və eyni məkanda kişi voleybolçular ölkə çempionunu müəyyənləşdirəcəklər. Kişilərin finalında isə "Azərreyl'lə "Murov Az Terminal" klubu qarşılaşır. İlk oyunda "Azərreyl" qalib gəlib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin