Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Filarmoniyanın səhnəsində Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti keçirilib

16 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti keçirilib. Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Rəna Rəhimova (viola) Yuliya Motorina, Aleksey Miltıx (cello) və Nərmin Rzayeva (piano), İrina Bısova (faqot), Murad Tağıyev (qoboy),
Çolpon Amanjolova (viola), Mirxalid Məmmədzadə (fleyta), Renata Abubəkirova(violin), İlahə Məmmədova (fleyta), Nicat Məmmədov (fleyta), Məhəmmədəli Paşazadə (klarnet) dinləyicilər qarşısında çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

AZpress.AZ,Minə Türksoy.

Best coffeeshop in Berlin