8 boksçumuz "Böyük İpək Yolu"nun yarımfinalına yüksəlib
Aprelin 11-də Bakı Boks Mərkəzində 9 ölkəni (Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Montoneqro, Qırğızıstan, Gürcüstan, Qazaxıstan və Rusiya) təmsil edən 200-dən çox dəri əlcək ustasının (kişi və qadın) medallar uğrunda mübarizəyə qatıldığı ənənəvi "Böyük İpək Yolu" turniri davam edir. ABF-dan verilən məlumata görə, Azərbaycanın 47 kişi və 11 qadın boksçusunun iştirak etdiyi turnirin bu günə təsadüf etdiyi üçüncü günün birinci sessiyasında 1/4 final çərçivəsində 35 döyüş keçirilib və yarımfinalçılar müəyyənləşib. Qeyd edək ki, Azərbaycan boksçularından 8-i yarımfinala yüksəlməklə ən azından turnirin bürünc medalını özünə təmin edib.
Turnirə aprelin 15-də həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


