Aynur Mikayılova Zeynəb Rəhimovanin uğurunu təkrar edib
Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçirilən dünya çempionatı davam edir. Mundialın ikinci günü də yiqmamiz üçün uğurlu olub. Belə ki, 1/16 finaldan mübarizəyə qatılan Aynur Mikayılova (57 kq) ilk döyüşünü qələbə ilə başa vuraraq , komanda yoldaşı Zeynəb Rəhimova (54 kq) kimi 1/8 finala yüksəlib. Xatırladaq ki, startda Ermənistan təmsilçisi Yekaterina Siçevani məğlub edən Rəhimovdan fərqli olaraq, Mikayılova ilk döyüşdə əfqanıstanlı Xurşid Mohammadini üstələyib.
Yeri gəlmişkən, Mikayılova martın 12-də keçiriləcək 1/8-də türkiyəli Esra Yıldızla döyüşəcək.
Xatırladaq ki, Azərbaycan bu mundiala 6 boksçu ilə qatılıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



