Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda əmək yarmarkası keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Masallı rayonunda əmək yarmarkası təşkil olunub.
Noyabrın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl sektoru təmsil edən 20 işəgötürən tərəfindən 70-dən çox vakansiya təqdim edilib.
Əmək yarmarkasında iştirak edən vətəndaşlara vakansiyalar üzrə iş tələbləri, işə qəbul şərtləri və qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, təqdim olunan iş yerlərinə uyğun namizədlərin müraciətləri qəbul edilərək qeydiyyatı aparılıb.

 

Akif AĞAYEV