Karateçilərimiz "Tbilisi Open-2026" turnirində iştirak edəcəklər
14-15 noyabr aralığında Gürcüstanın paytaxtı Tiflisdə uşaq, yeniyetmə və gənclər arasında karate üzrə ənənəvi "Tbilisi Open-2026" beynəlxalq turnir keçiriləcək. İki gün davam edəcək turnirdə ölkəmiz böyük heyətlə (34 idmançı) təmsil olunacaq. Məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olan komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Yeri gəlmişkən, daha iki həmyerlimiz - Mehman Əlirzayev və Murad Hacızadə isə turnirdə hakim qismində çıxış edəcək.
İNTİQAM Məmmədov



