Qadın basketbol millimiz AÇ-2029-un seçməsinə uğursuz başlayıb
Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası FİBA Women EuroBasket-2029-un ilkin təsnifat mərhələsində ilk matçına çıxıb. Komandamız Bakıdakı Milli Gimnastika Arenasında İsveçrə yığmasını qəbul edib. Təəssüflər olsun ki, millimiz doğma divarlar arasında darmadağın hesabla (51 xal fərqiylə) məğlub olub - 33:84 (7:14, 6:27, 16:23, 4:20).
Xanım basketbolçularımız noyabrın 14-də isə həmin məkanda İrlandiya millisini qəbul edəcək.
İNTİQAM Məmmədov



