Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə Respublikasının səfiri şəhid ailəsini ziyarət edib +FOTO

Qarabağ Zəfərinin 6-cı ildönümünü qürurla qeyd etdiyimiz bu müqəddəs günlərdə zəfərin gerçək memarlarını - canını Vətən torpağına fəda edən qəhrəman övladlarımızı yad etmək hər birimizin mənəvi borcudur. Çünki bu zəfər yalnız hərbi meydanda qazanılan bir uğur deyil, həm də sarsılmaz vəfa, fədakarlıq və qardaşlıq dastanıdır.

Şəhidlərimizin bizə əmanət qoyduğu bu torpaqlar hər bir vətəndaş üçün müqəddəs olduğu kimi, onların ailələri də bütün cəmiyyətin, dost və qardaş xalqların baş tacıdır.

Bu dərin ehtiramın və qardaşlıq bağlarının daha bir canlı təcəssümü olaraq, Türkiyə Respublikasının səfiri Prof. Dr. Birol Akgün və həyat yoldaşı Zührə xanım, eləcə də Hərbi Attaşe, briqada generalı Ersin Dinçer şəhidimiz Ağami Heybətovun ailəsini ziyarət edərək onların kədərinə də, qüruruna da şərik oldular. Bu ziyarət bir daha sübut edir ki, şəhidlərimizin əziz xatirəsi yalnız bir ölkənin deyil, vahid qardaşlıq ruhunun ən ali dəyəridir.