Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Cənab prezidentimizin göstərişlərini "KİM" vecinə almır ?

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəcamı ilə Azərbaycanın bir çox reqionlarında yeni yollar inşa edilir... Dövlət başçısı tərəfindən görüləcək işlər üçün lazımi qədər vəsait ayrılıb...
Azəryolun İdarə Heyyətinin Sədri cənab Vüsal Zakir oğlu Nəsirli 13 oktyabrda keçirilən yığıncaqda öz əməkdaşlarına cənab prezidentimizin tövsiyyələrini çatdırıb, bildirib ki, insanları incitməyin, aldatmayın, kompensasiya pullarını ödəyin . Sadə xalqı Dövlətdən, cənab prezidentimiz İlham Əliyevdən narazı salmayın!
Hələ keçmiş sədr Saleh Məmmədovun komandasına xidmət edən bəzi "çupbulu" məmurlar özlərini "Xan " hesab edirlər... Xalqa hədə -qorxu gələrək, sadə insanların hüquqlarını pozan,özünü  cənab  prezidentimiz İlham Əliyevdən ağıllı sayan " Xan sarayı " MMC nin rəhbəri Nazim Ömərovdur! Nazim Ömərov 44 günlük Vətən müharibəsi iştirakçı  olan qazinin hasarını söküb, onun torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparıb, (FOTOLAR: 1,2, 3, 4, 5, 6, 7,8)
Azpress xəbər saytının əməkdaşı Hökməli kəndində olmuş, 44 günlük Vətən  müharibəsində canını ,sağlamlığını əsirgəməyən Qazi Nurlan Rüstəmovdan  müsahibə almışdır:
Mən 44 günlük Vətən müharibəsi iştirakçısıyam, medallarım var, Vətən torpaqlarının azad edilməsi yolunda sağlamlığımı itirərək doğma torpaqlarımızı düşməndən azad etmişəm...Vətənimizə ,Azərbaycan Dövlətinə sədaqətlə xidmət etmişəm...
Cənab prezidentimiz İlham Əliyevin sərəcamını və tövsiyyələrini  saymayan, Azəryol İdarə Heyyətinin Sədri cənab Vüsal Nəsirlinin əksinə gedən, onun tapşırıqlarına əməl etməyən Nazim Ömərovun ( Tel.055 296 88 00) dələduzluq bacarığı mənı heyran edib  !
Nazim bəyin rəhbərliyi ilə mənim və qohumlarımın torpaq sahələrinə külli miqdarda zərər dəyib. Torpaq sahəsinin hasarı sökülüb, yonca əkərək özümüzü güclə saxladığımız yeganə gəlir mənbəyimiz olan sahələr yararsız hala düşüb...
Hörmətli müxbir, mənim danışmağıma ehtiyac yoxdur, özünüz baxın,görün. Mənim və mənim kimi sadə insanların başına nə oyun açırlar.

Torpaq sahəsinin yaxınlığında işləyən KBT MMC nin əməkdaşları ilə söhbət zamanı məlum oldu ki, Azəryol İdarə Heyyətinin Sədri cənab Vüsal Nəsirlinin əksinə gedən, onun tapşırıqlarına əməl etməyən, dələduzluqla məşğul olanXan sarayı MMC,Grant Dizayn MMC və digər şirkətlərin rəhbəri Nazim XAN Ömərov adlı şəxsdir. Müxbirimiz Nazim Xanla əlaqə saxlamağa çalışdı, amma...

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111