Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-15 boks yığmamızın 10 üzvü AÇ- min yarımfinalında

Türkiyənin Trabzon şəhərində 15 yaşlılar (U-15) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də mübarizə apardığı Avropa çempionatı finişə yaxınlaşır. ABF-dən verilən məlumata görə, dünən çempionatda 1/4 final mərhələyə yekun vurulub və bütün yarımfinalçılar müəyyənləşib. Maraqlıdır ki, Azərbaycan yığmasının 10 üzvü uğurla döyüşərək yarımfinalçılar sırasında yer alıb. Bu isə onların ən azından çempionatın bürünc medalını özlərinə təmin etmələri deməkdir. Boksçularımız finala yüksəlməklə medalın əyarını daha da yaxşılaşdıra bilərlər (qızıl və gümüş).

Bu onluqda Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirl (90 kq) və Gülay Ocaqova (57 kq) yer alıb. 

Bu gün yarımfinal döyüşlərinə start veriləcək.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111