Gənc güləşçimiz Ruslan Nurullayev dünya üçüncüsü olub
ABŞ-nin Las-Veqas şəhərində U-23 yığmalar arasında idman güləşi üzrə keçirilən dünya çempionatında yunan-Romacilarin yarışına mundialın üçüncü günü yekun vurulub. Həmin gün 4 təmsilçimiz bürünc medal uğrunda görüşünü davam etdirin. Onlardan yalnız biri - Ruslan Nurullayev (77 kq) uğurla çıxış edərək bürünc medala sahib olub. O, bürünc uğrunda keçirilən kiçik finalda ukraynalı İrfan Mirxoyevdən üstün olub - 3:1.
Təəssüflər olsun ki, onunla eyni gündə bürünc medal uğrunda yarışlara qatılan digər üç güləşçimiz fiaskoya uğrayıb. Bununla da yunan-Roma güləşi üzrə U -17 millimiz dünya çempionatını 2 (0-1-1) medalla başa vurub. Xatırladaq ki, Nurullayevdən öncə Elmir Əliyev (60 kq) gümüş medal qazanıb.
Yeri gəlmişkən, çempionatın üçüncü günü mübarizəyə qatılanlarımızdan isə Günay Qurbanova (59 kq) finala yüksəlib. Bu isə onun ən azından çempionatın gümüş medalını özünə təmin etməsi deməkdir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



