Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-19 boks millimiz DÇ-ya qatılacaq

16-27 oktyabr günlərində Montoneqronun Budva şəhərində 19 yaşlılar ( U-19) arasında boks üzrə dünya çempionatı keçiriləcək. 12 gün davam edəcək bu yarışda Azərbaycan ikisi qız olmaqla, 9 idmançı ilə təmsil olunacaq. ABF-dan verilən məlumata görə baş məşqçisi Elbrus Rzayev olan oğlanlardan ibarət yığma komandanın heyətinə Əli Əliyev (50 kq ), Nihat Qasımov (55 kq),Əli Baxşıyev (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Oiyasıı (80 kq) və Səfdər Məmmədzadə (+90 kq) cəlb edilib.

Qızların baş məşqçisi İlkin Ağayev isə heyətə Banuçiçək Nəsirli (43 kq) və Gülər Hüseynova (57 kq) cütlüyünü dəvət edib.

Xatırladaq ki, bir neçə gün öncə eyni məkanda 17 yaşlıların (U-17) analoji yarışı keçirilib. Həmin yarışda Azərbaycan komandası 8 (2-3-3) medal qazanıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111