Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın güləşçilərimiz Qazaxıstan toplanışında 

Oktyabrın 12-də Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandası böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Qazaxıstanın Almatı şəhərinə yollanıb. AGF-dən verilən məlumata görə komandamız orada yerli və Rumıniya millisi ilə birgə təlim-məşq toplanışında (TMT) iştirak edir. Toplanışa Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət trio cəlb edilib.  Qeyd edək ki, oktyabrın 24-dək davam edəcək bu toplanış qarşıdakı dünya çempionatına hazırlıq xarakteri daşıyacaq. Toplanış başa çatan kimi millimiz, birbaşa mundialın keçiriləcəyi Astanaya uçacaq. 

Mundial isə 27-30 oktyabr günlərində keçiriləcək.

Bir məqamı da qeyd edək ki, hazırda U-23-lə Las-Veqasda (ABŞ) dünya çempionatında olan böyük məşqçi əvəzi Toğrul Əsgərov isə az sonra komandaya qoşulacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111