Gənc güləşçilərin dünya çempionatı başlayıb
Oktyabrın 12-də Las-Veqasda (ABŞ) 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə dünya çempionatına start verilib. Azərbaycan yığmasının da qatıldığı bu çempionatın ilk günündə çəkisi 60, 67, 72, 82 və 97 kq olan yunan-Romaçılar mübarizəyə başlayıblar. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, həmin gün döşək üzərinə çıxan beş təmsilçimizdən biri - Elmir Əliyev (60 kq) daha inamla güləşərək finala yüksəlib. Qeyd edək ki, startda Polşa, ardından Qırğızıstan, yarımfinalda isə Özbəkistan təmsilçisini məğlub edən Elmir bu gün həlledici finalda qazaxıstanlı Aybeık Aytbekovla güləşəcək.
Bu gün eyni zamanda daha iki güləşçimiz - Fərid Xəlilov (72 kq) və Məhəmməd Şükürov (67 kq) bürünc medal uğrunda təsəlliverici görüşlərlə mübarizəni davam etdirəcək. Təəssüflər olsun ki, start günü döşək üzərinə çıxan güləşçilərimizdən Emin Əliyevlə (82 kq) və İsmayıl Rzayev (97 kq) mübarizəni erkən dayandırıb.
Bu gün isə daha beş təmsilçimiz mübarizəyə qatılacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



