Boks üzrə U-17 millimiz AÇ-da 8 medal qazanıb
Montoneqronun Budva şəhərində 17 yaşlı (U-17) yeniyetmələr arasında keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. Çempionatın son günündə daha bir təmsilçimiz final döyüşünü qələbə ilə başa vuraraq, qitə çempionu adını qazanıb və qızıl medala layiq görülüb. Söhbət həlledici finalda ingiltərəli Con Elamı 4:1 hesabla məğlub edən Məhəmmədəli İstanovdan (57 kq ) gedir. Bununla da Azərbaycan yığmasının aktivindəki medalların sayı 8-ə (2-3-3) çatıb. Yeri gəlmişkən, İstanovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq) və Səma Abbasova (66 kq) ikinci yeri tutaraq gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Çempionatda Azərbaycan da daxil olmaqla, 40 ölkədən 473 (314 oğlan və 159 qız) iştirak edib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



