Son dördlüyümüz tatamiyə çıxacaq
Bakıda Azərbaycan da daxil olmaqla 93 ölkənin iştirakı ilə böyüklər arasında keçirilən cüdo üzrə dünya çempionatının 10 oktyabra təsadüf edən 7-ci günü fərdi yarışlara yekun vurulacaq. Son gündə +78 kq çəki dərəcəsində qadınlar, +100 kq-da isə kişi cüdoçular mübarizə aparacaqlar.
Ölkəmiz bu şəkillərdə biri qadın olmaqla 4 tatami ustası ilə təmsil olunacaq.
Qadınların yarışında ölkəmizi Madina Kaisinova təmsil edəcək. O, ilk görüşünü 1/16 finalda italiyalı Asya Tavanoya qarşı keçirəcək.
Kişilərin yarışında isə ölkəmizin idman şərəfini Uşanqi Kokuari, Kənan Nəsibov və Camal Qamzatxanov qoruyacaq.
Qamzatxanov mübarizəyə 1/32 finalda Çili təmsilçisi Fransisko Solisə qarşı keçirəcək.
Kokuari 1/16 finalda qırğızıstanlı Emirxan Yoldaşkaxıyevlə, Nəsibov isə Losseni Kone ( Almaniya) - Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə üzləşəcək.
Hazırda Azərbaycan yığmasının aktivində 5 (1-1-3) medal yazılıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



