8 boksçumuz AÇ-nin yarımfinalında
Montoneqronun Budva şəhərində 17 yaşlı (U-17) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa çempionatı finişə yaxınlaşır. Dünən çempionatda 1/4 final mərhələnin döyüşlərinə yekun vurulub və bununla da bütün yarımfinalçılar müəyyənləşib. ABF-dən verilən məlumata görə Azərbaycan yığmasını 8 üzvü uğurla döyüşərək yarımfinala yüksəlib. Bu isə boksçularımızın ən azından çempionatın bürünc medalını özlərinə təmin etmələri deməkdir.
Bu səkkizlikdə qızlardan Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq), oğlanlardan isə Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq) və Hidayət Məmmədov (70 kq) yer alıb.
Çempionata oktyabrın 11-də son həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



