Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Landau Lions" evdə, " Gəncə" BK səfərdə məğlub olub

Dünən kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı FİBA Avropa Kubokunun qrup oyunları çərçivəsində ilk oyunlar keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Landau Lions" klubu evdə İsveçrənin "Lions De Geneve"si ilə, "Gəncə" isə Türkiyədə yerli "Esenler Eroksenor"-la qarşılaşıb. Hər iki təmsilçimiz Avrokubok yarışına məğlubiyyətlə başlayıb. "Landau Lions" Bakı İdman Sarayında 83:105 (16:25, 20:24, 23:30, 24:26), Avrokubokda debüt edən "Gəncə" isə 92:63 (23:19, 22:11, 20:21, 20:12) hesabla uduzub.

Xatırladaq ki, qrup oyunları çərçivəsində növbəti qarşılaşmalar oktyabrın 13-də olacaq. Həmin gün "Gəncə" klubu doğma divarlar arasında Yunanıstanın " Kolossos H Hotels" klubunu qəbul edəcək. " Landau Lions" klubu isə Slovakiyada yerli "BC Prievidza" klubunun qonağı olacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111