Olimpiya çempionumuz Zelim Kotsoyev DÇ-da mübarizəyə başlayır
Paytaxt Bakıda kişi və qadınlar arasında cüdo üzrə keçirilən və reytinq xarakterli dünya çempionatı davam edir. Çempionatın 6-cı günü qadınlar 78, kişilər isə 100 kq çəki dərəcəsində tatamiyə çıxaraq medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, mundiala ev sahibliyi edən Azərbaycan yığması bu gün yalnız kişilərin yarışında bir cüdoçu ilə təmsil olunanacaq. Söhbət Olimipiada-2024 və DÇ-2024-ün qalibi adını daşıyan Zelim Kotsoyevdən gedir. O, mübarizəyə 1/32 finaldan başlayacaq. Rəqib isə türkmənistanlı Baymırat Mojanov olacaq.
Yeri gəlmişkən, günün təsnifat görüşləri saat 10:30-dan, final bloku (medal görüşləri) isə saat 18:00-dan başlayacaq.
Görüşlər "CBC Spirt" və " Judo TV" vasitəsi ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan millisi mundialın geridə qalan beş günündə 5 (1-1-3) medal qazanıb və medal sıralanmasında Yaponiyadan sonra ikinci yeri tutur.
Sabah +100 kq-da kişilərin və +78 kq çəki dərəcəsində mübarizə aparan qadınların çıxışı ilə fərdi yarışlar başa çatcaq. Oktyabrın 11-də isə qarışıq komanda yarışı ilə mundiala yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



