Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Seymur Nuriyev:
Tarixi Zəfərdən sonra ilk Qurultay — Mən də o tarixi anın iştirakçısı oldum

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalı, VIII Qurultayın nümayəndəsi

 

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı tarixi hadisə kimi yadda qaldı. Mən də bu qurultayın iştirakçısı oldum.Salona daxil olanda hiss etdiyim ilk duyğu böyük qürur idi. Çünki bu, adi qurultay deyildi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay idi. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışına da elə bu sözlərlə başladı: "İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir".
Cənab Prezidentin çıxışında gələcəyə inam, güclü Azərbaycan var idi.
O, hər bir sözü ilə göstərdi ki, yeni dövrün yeni düşüncəsi olmalıdır. Onun dediyi kimi, artıq işlərimizi, əlaqələrimizi qalib dövlət kimi qurmalıyıq. Bu, sadəcə şüar deyil, dövlətimizin bundan sonrakı yol xəritəsidir. İqtisadi müstəqillik, güclü ordu, Böyük Qayıdış və dünya arenasında söz sahibi olan Azərbaycan ideyası çıxışın əsasını təşkil edirdi.Cənab Prezident iki müqəddəs tarixi də bir daha xatırlatdı: "8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 27 Sentyabr da daşıyır".Mən bir Masallı sakini kimi o anda düşündüm: 1992-ci ildə Naxçıvanda, ən ağır günlərdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən bir qrup vətənpərvər insan Yeni Azərbaycan Partiyasını yaratdı. O gün atılan toxum bu gün Qarabağda, Xankəndidə, Şuşada çiçək açıb.800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. 84 yerli təşkilatda 16 mindən çox fəalın iştirakı ilə 960 nümayəndənin seçilməsi də partiyanın gücünü göstərir.Qurultay salonundan çıxanda bir daha əmin oldum ki, biz qalib xalqın qalib partiyasının üzvləriyik. Masallıdan tutmuş Xankəndiyə qədər Vətən bütövdür və bu bütövlüyü qorumaq borcu bizim üzərimizdədir.

Yaşasın Yeni Azərbaycan Partiyası!

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111