Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə görüşüb.

AZpress.AZ xəbər verir ki, bu barədə Kestutis Vaskelyaviçyus sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, dəyişən geosiyasi mənzərədə regional təhlükəsizlik və Litva-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi imkanları üzrə açıq dialoq yüksək qiymətləndirilir:

"Güclü əlaqələr və qarşılıqlı anlaşma hər zamankindən daha vacibdir".

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111