Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

 

“Zəfərə yazılan 44 günün ilk səhifəsi”

 

27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı şəhərində “Zəfərə yazılan 44 günün ilk səhifəsi” mövzusunda tədbir keçirilib.
Sentyabrın 27-də Masallı şəhər Qəhrəmanlar Parkında keçirilən tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər. “Şəhidlər abidə kompleksi” önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının tarixində mühüm yer tutur. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun başlanğıcı olub.
Araz Əhmədov qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının milli birliyini, dövlətçilik iradəsini və ordunun gücünü nümayiş etdirib. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini, şəhid ailələri və qazilərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Mərasimdə Milli Məclisin deputatı Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsinin rəisi Rəfail Xəlilov, Vətən müharibəsi şəhidi Sübhan Həsənovun anası Ülkər Həsənova, Vətən müharibəsi iştirakçısı Kərəm Əlizadə və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi həmrəylikdən, şəhid və qazilərin qəhrəmanlığından bəhs olunub. Gənclərə şəhidlərin əmanət etdiyi Vətənin qorunmasının, təhsil və elm sahəsində uğurlar qazanaraq ölkənin inkişafına töhfə verməyin vacibliyi çatdırılıb.
Tədbir zamanı şəhid Məhəmməd Əliyevin bacısı oğlu Rəsul İsaqovun səsləndirdiyi şeir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, nəqliyyat vasitələri səs siqnalları verərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası da keçirilib.

 

Akif AĞAYEV

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111