Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məşhur DJ Calvin Harris Bakıda səhnədə

Bakıda Formula 1 həyəcanı bu axşam fərqli ritmdə davam edir. Dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kelvin Harris bu gün Bakı Kristal Zalında çıxış edərək Azərbaycan Qran-Prisinin 10-cu yubiley həftəsonuna musiqili proqramı ilə rəng qatacaq.
“We Found Love”, “Summer”, “One Kiss” və digər qlobal hitləri ilə tanınan Kelvin Harrisin çıxışı Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin əyləncə proqramının əsas tədbirlərindən biridir. Gün ərzində Bakı Şəhər Halqasında davam edən sərbəst yürüşlərdən sonra axşam saatlarında diqqət musiqiyə yönələcək.
Yubiley Qran-Prisinin musiqi proqramı sabah da davam edəcək.  25 sentyabrda dünya şöhrətli pop ulduzu Keti Perri Bakı Kristal Zalının səhnəsində yer alacaq.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111