Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Sərbəst güləşçilərimizin DÇ hazırlığına start veriləcək

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız sentyabrın 20-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına (TMT) başlayacaq. Oktyabrın 3-dək davam edəcək bu toplanışa yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və  məşqçilər Şərif Şərifov, Arif Abdullayev və Taymuraz Kokoyev rəhbərlik edəcək. Sözügedən TMT-yə güləşçilərdən İslam Bazarqanov, Hüseyn Hüseynov (hər ikisi 57 kq), Nurəddin Novruzov (61 kq), Rəşid Babazadə, Əli Rəhimzadə (65 kq) Kənan Heybətov, Zirəddin Babayev (70 kq),Tutan Bayramov, Musa Verdiyev (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev, Abubakr Ağalarov (92 kq), Maqomedxan Maqomedov, Osman Nurmaqomedov (hər ikisi 97 kq), Georgi Meşvildişvil və Yusif Dursunov (hər ikisi 125 kq) cəlb edilib.

Qeyd edək ki, əsasən güləşçilərin  taktiki-texniki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönələn bu TMT oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanln paytaxtı Astanada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyacaq.

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111