Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.
Mübadilə Ukrayna-Belarus sərhədində baş tutub.
Mübadilə çərçivəsində Rusiya 252 hərbçinin, Ukrayna isə 23 hərbçinin meyitini təhvil verib.



