Kürşad Zorlu:
Azərbaycan Türk dünyasının strateji və tranzit mərkəzidir
Kürşad Zorlu Bakıda keçirilən konfransdakı çıxışında Azərbaycanın rolu, geostrateji mövqeyi və Türk dünyasındakı mərkəzi yeri ilə bağlı vacib məqamlara toxunub.
O, Azərbaycanın mərkəzində yer aldığı Orta Dəhliz marşrutunun strateji əhəmiyyətini xüsusi vurğulayıb. Zorlu bəyan edib ki, yaxın dövrdə bu dəhliz üzrə daşınan yüklərin həcmi 3 dəfəyə qədər arta bilər. Bu baxımdan Azərbaycanın logistik infrastruktur və tranzit imkanlarının Türk dövlətlərinin iqtisadi müstəqilliyində həlledici rol oynadığını bildirib.
Millət vəkili Bakının Türk dünyasının aparıcı fikir, strategiya və inteqrasiya mərkəzlərindən birinə çevrildiyini qeyd edərək, Azərbaycanın ev sahibliyi etdiyi bu platformanın dövlətlərarası qərarların qəbulunda baza baza rolu oynadığını diqqətə çatdırıb.
Kürşad Zorlu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranan yeni regional reallıqların Türk dövlətləri arasında həm hərbi-siyasi, həm də iqtisadi əməkdaşlığı daha da sürətləndirdiyini ifadə edib.
Professor Azərbaycanın Mərkəzi Asiya respublikaları və Türkiyə arasında körpü rolunu oynayaraq, birgə sərmayələrin qoyulmasında və ticarət dövriyyəsinin qısa müddətdə artırılmasında əvəzsiz mövqeyə malik olduğunu vurğulayıb.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



