Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türk dövlətləri birgə maliyyə gücünə çevrilir - Kürşad Zorlunın Bakıdakı çıxışı

Xəbər verdiyimiz kimi, Gülüstan sarayında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) II Beynəlxalq Konfransında diqqəti çəkən ən mühüm məqamlardan biri Türkiyə nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci Dönəm Ankara millət vəkili, Siyasət Elmləri və Dövlət İdarəçiliyi üzrə Professor Kürşad Zorlunun vurğuladığı strateji tezislər oldu. Onun çıxışı Türk dünyasının inteqrasiya prosesində yalnız tarixi-mədəni bağlara deyil, müasir qlobal iqtisadiyyatın tələb etdiyi real addımlara əsaslanan yeni bir gələcək vizyonu ortaya qoydu.

Kürşad Zorlu çıxışında Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın qlobal ticarət baxımından daşıdığı strateji əhəmiyyətə xüsusi diqqət çəkdi. O vurğuladı ki, müasir dünyada baş verən geosiyasi dəyişikliklər və tədarük zəncirlərindəki yenidənqurma prosesləri Türk dünyasının birgə iqtisadi güc kimi çıxış etməsini zəruri edir. Zorlunın diqqət çəkdiyi ən əsas layihələrdən biri Türk dövlətlərinin ortaq İnkişaf Bankının yaradılması ideyası və maliyyə əməkdaşlığında atılacaq yeni addımlar oldu. Bu təklif region ölkələrinin bir-birinin iqtisadiyyatına yatıracağı sərmayələri asanlaşdırmaqla yanaşı, Orta Dəhliz kimi qlobal nəqliyyat-logistika layihələrinin öz maliyyə resurslarımız hesabına maliyyələşdirilməsinə zəmin yaradır.

Nəticə etibarilə, Gülüstan sarayındakı bu nitq göstərdi ki, TDT-nin gələcəyi sadəcə ideoloji həmrəyliklə sınırlanmır. Kürşad Zorlunın dilə gətirdiyi ortaq bank, maliyyə inteqrasiyası və qlobal ticarət strategiyaları Türk dünyasını XXI əsrin əsas iqtisadi güc mərkəzlərindən birinə çevirmək potensialına malikdir.

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111