Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çimərlik güləşi üzrə millimiz TMT-yə start verib

Çimərlik güləşi üzrə əsas millimiz və eləcə də yeniyetmələrdən ibarət yığmamızın üzvləri aprelin 14-də Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında hazırlıq prosesinə start verib. Yığmanın baş məşqçisi Oyan Nəzərini və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışına (TMT) Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) cəlb edilib. 

Qeyd edək ki, sentyabrın 23-dək davam edəcək bu TMT böyüklər üçün Dünya Seriyasının  26-27 sentyabr aralığında  Yunanıstanın Katerini şəhərində təşkil olunacaq final mərhələsinə, yeniyetmələr üçünsə noyabr ayında Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111