Bakıda "Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon" adlı panel keçiriləcək
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda "Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon" mövzusunda panel təşkil olunacaq.
AZpress.AZ xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr arasında strateji əməkdaşlığın, media və kommunikasiya sahəsində inteqrasiyanın dərinləşdirilməsi məqsədini daşıyır.
Kommunikasiya İdarəsinin rəhbəri, professor Dr. Burhanəddin Duranın video mesaj vasitəsilə qatılacağı panelə Daşkənddəki Kommunikasiya Məsləhətçisi, professor Dr. Mehmet Yüce moderatorluq edəcək. Paneldə Türkiyə Prezidentinin müşaviri Seyit Sertçelik, Azərbaycan Respublikası Milli Məclisinin eputatı Fariz İsmailzadə, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri Esma Özdaşlı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov çıxış edəcək.
Tədbirin əsas məqsədi Türk dünyasının ortaq media platformasının gücləndirilməsi, dezinformasiya ilə birgə mübarizə mexanizmlərinin yaradılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, TDT-nin 2040-cı il Vizyon çərçivəsində regional və qlobal miqyasda nüfuzunun artırılması, siyasi, iqtisadi və mədəni əlaqələrin yeni səviyyəyə qaldırılması, iki ölkənin dövlət qurumları, media nümayəndələri və beyin mərkəzləri arasında bilik və təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Tədbirdə regional geosiyasi proseslər, informasiya müharibələri dövründə ortaq media strategiyasının əhəmiyyəti və Türk dünyasının gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Bu panel Türk dövlətləri arasında həm siyasi, həm də media sahəsində sarsılmaz həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirilir.
"Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon" paneli sadəcə növbəti beynəlxalq tədbir deyil, ölkələrimiz arasında formalaşan yeni strateji mərhələnin əməli təzahürüdür. Müasir dövrdə informasiya cəbhəsində gedən gərgin mübarizə, dezinformasiya hücumları və geosiyasi dəyişikliklər göstərir ki, güclü media və vahid kommunikasiya xətti olmadan milli maraqları tam qorumaq mümkün deyil.
Bu baxımdan, Türkiyə və Azərbaycanın öncüllüyü ilə həyata keçirilən bu platforma Türk dünyasının səsini qlobal müstəvidə daha gur və vahid mövqedən çatdırmaq üçün əvəzsiz fürsətdir. Mənim qənaətimcə, Bakıda aparılan bu müzakirələr ortaq gələcəyimizin, təhlükəsiz informasiya mühitimizin və sarsılmaz birliyimizin bünövrəsini daha da möhkəmləndirəcək.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



