Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 10-u axşam saatlarında Hindistana yola düşəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. 

“Prezident qarşıdakı Dehli BRICS sammitinə hazırlığını davam etdirir və bu axşam oraya uçacaq”, - deyə Peskov bildirib.

Putinin səfəri BRICS sammiti ərəfəsində baş tutacaq. Çin Prezidenti Si Cinpin də sentyabrın 12-13-də keçiriləcək toplantıda iştirak etmək üçün Hindistana səfər edəcək.

Kreml daha əvvəl bildirib ki, Putin BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirəcək.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111