Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tünzalə Ağayeva “Çərpələng Festivalı”nda uşaqlar üçün oxudu - VİDEO 

Bakıda “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib.

AZpress.AZ xəbər verir ki, festivalın özəl qonağı Xalq artisti Tünzalə Ağayeva olub. Pop ulduzun ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Balaca qəhrəmanlarımız sənətçinin bütün ifalarına qoşularaq onunla birlikdə əzbərə söyləyiblər. 

Qeyd edək ki, festivalın əsas məqsədi həssas qrupdan olan uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətdə dostluq, birlik və həmrəylik dəyərlərini təşviq etmək olub.

https://www.youtube.com/shorts/LWv5zjTHTAA?feature=share

https://www.youtube.com/shorts/LWv5zjTHTAA?feature=share