Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya qondarma dövlətdə ilk pasportları payladı

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov separatçı "Dnestryanı" sakinlərinə Rusiya vətəndaşlığı üzrə ilk pasportları təqdim edib.

Mərasim tanınmamış "Dnestryanı Respublikasının Xarici İşlər Nazirliyi"ndə keçirilib və “TSV” telekanalı tərəfindən yayımlanıb.

İlk Rusiya pasportları Rusiya Prezidenti Vladimir Putinin qondarma "Dnestryanı" sakinlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsi ilə bağlı fərmanı əsasında müraciət edən şəxslərə verilib.

Ozerov daha əvvəl bildirmişdi ki, "Dnestryanı" sakinlər arasında Rusiya vətəndaşlığına böyük maraq var. Avqustun sonuna olan məlumata görə, bu məqsədlə 60 mindən çox müraciət daxil olub.

Rusiyalı diplomatın sözlərinə görə, Moldova tərəfinin yaratdığı maneələrə baxmayaraq, vətəndaşlıq üçün müraciətlərin qəbulu və sənədləşdirilməsi prosesi, o cümlədən xarici pasportların verilməsi mərhələsi təmin edilib.

Ozerov həmçinin qondarma "Dnestryanı" sakinləri üçün Rusiya vətəndaşlığına qəbul zamanı konsulluq rüsumunun azaldılması barədə qərar qəbul edildiyini bildirib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də qondarma "Dnestryanı" sakinlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsini nəzərdə tutan fərman imzalayıb. Bu qərardan sonra bölgədə Rusiya vətəndaşlığı almaq üçün müraciətlərin sayı sürətlə artıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111