Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu ölkə rusiyalı diplomatları ölkədən çıxarır

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır.

AZpress.AZ xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Anita Orban “X” hesabında bildirib.

O qeyd edib ki, Macarıstan hökumətinin qiymətləndirməsinə görə, Rusiya missiyasının 10 əməkdaşı Macarıstanda diplomatlar üçün qəbuledilməz fəaliyyətlə məşğul olub və rəsmi Budapeşt bu şəxsləri ölkəni tərk etməyə çağırıb.

Orban qeyd edib ki, bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur. Bu, Rusiya ilə diplomatik münasibətlərin pozulmasını nəzərdə tutmur.

“Macarıstan qarşılıqlı hörmət və qaydalara riayət olunmasına əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, - XİN rəhbəri vurğulayıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111