Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərimiz Vladiqafazda 8 medal qazanıblar

5-6 sentyabr günlərində Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Xadartsev qardaşları kuboku -2026" beynəlxalq turnir keçirilib. Əfsanəvi qardaşlar Aslan və Maxarbek Xadartsevlərin xatirəsinə həsr olunan bu turnirdə Azərbaycan yığmasının üzvləri də iştirak ediblər. AGF-dən verilən məlumata görə, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Şərif Şərifov və Taymuraz Kokkoyevin rəhbərliyi altında sözügedən yarışa qatılan güləşçilərimizdən 8-i inamla güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan üçü qızıl, ikisi gümüş və üçü isə bürünc əyarlı olub.

Qızıl medalları bütün görüşlərini qələbə ilə başa vuran Zirəddin Bayramov (70 kq), Arsney Djioyev (86 kq) və Giorgi Meşvildişvil (125 kq) qazanıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Osman Nurmaqomedov (92 kq) və Xetaq Karsanovun (125 kq) aktivinə yazılıb. Bürünclərsə çıxışını üçüncü yerdə bitirən Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirovun (125 kq) payına düşüb. 

Turnirin bizlər üçün diqqət çəkən məqamlarından biri 125 kq çəki dərəcəsində Azərbaycan finalının baş tutması və eləcə də bu çəkidə çıxış edən hər üç təmsilçimizin medal qazanması və fəxri kürsuyə qalxması olub. Beləliklə, 125 kq çəki dərəcəsində Azərbaycan himninin səsləndirilməsi ilə yanaşı, eyni zamanda üç bayrağımız birdən yüksəlib.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111