Paracüdoçumuz İlham Zəkiyev 10 qat Avropa çempionu olub
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatın 15 avqusta təsadüf edən ikinci günü də Azərbaycan yığması üçün uğurlu olub. AMPK-dən verilən məlumata görə, start günü iki bürünc medal qazanan Azərbaycan millisi ikinci gün bir qızıl medal əldə edib. Qızılın sahibi isə ikiqat Paralimpiya çempionu adını daşıyan İlham Zəkiyevdir (J1, +95 kq). Bu qələbə sayəsində o, 10-cu dəfə Avropada çempionluq sevincini yaşayıb.
Yeri gəlmişkən, yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel Englishi ipponla üstələyən İlham həlledici finalda isə ispaniyalı Garros Suarezə eyni aqibəti yaşayıb.
Xatırladaq ki, çempionatın start günü Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



