Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əlişir Mirzəyevlə Aytən Abdullayeva birinci olub 

Avqustun 13-də Gənclər İdman Nazirliy və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə İdman-Tennis Kompleksində dövlət qurumları arasında kamandan oxatma üzrə yarış keçirilib. GİN-dən verilən məlumata görə, yarışda 9 dövlət qurumunu təmsil edən 23 (13 kişi, 10 qadın) əməkdaş öz dəqiqliyini yoxlayıb. Kişilərin yarışında birinci yeri Əlişir Mirzəyev (Dövlət Gömrük Komitəsi) tutub. 2-ci və 3-cü yerləri isə müvafiq ardıcıllıqla Ramil Cabbarovla (GİN) Özcan Kərimov (FHN) bölüşüb.

Qadınların analoji yarışında qalib adını Aytən Abdullayeva (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qazanıb. İkinci yerin sahibi SOCAR təmsilçisi İlahə Hacıyeva olub. İlk üçlüyü isə çempionun həmkarı Xədicə Əliyeva tamamlayib.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111