Qadın voleybol millimiz AÇ öncəsii son yoxlama matçını keçirib
Qarşıdakı Avropa çempionatına (AÇ-2026) hazırlaşan qadın voleybol millimiz hazırda təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi altında təlim-məşq toplanışını (TMT) Bakı Voleybol Mərkəzində davam etdirir. Bu arada millimiz ölkəmizdə səfərdə olan Belarus yığması ilə iki yoxlama matçı keçirib. AVF-dən verilən məlumata görə, hər iki oyunda Azərbaycan millisi eyni hesabla qalib gəlib - 3:1.
Yeri gəlmişkən, millimiz Belarusdan öncə Yunanıstan və Latviya millisi ilə keçirdiyi yoxlama oyunlarını da qələbə ilə başa vurub.
Xatırladaq ki, biri Azərbaycan olmaqla, 4 ölkədə keçiriləcək Avropa çempionatının C qrupunda yer alan millimiz Portuqaliya, İspaniya, Rumıniya, Belçika və Hollandiya ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust günlərində Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
İNTİQAM Məmmədov
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111