"Qarabağ" bu gün Kiyev "Dinamo"sunu qəbul edəcək
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında üçüncü təsnifat mərhələnin cavab oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" (Ağdam) klubu Kiyevin (Ukrayna) "Dinamo" klubunu qəbul edəcək. Qeyd edək ki, ingiltərəli referi Styuart Ettuellinin idarə edəcəyi bu oyun saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq. Xatırladaq ki, bir həftə öncə Polşada keçirilən ilk oyunda "köhlən atlar" minimal hesabla məğlub olub - 0:1. "Qarabağ" mərhələ adlamaq üçün rəqibini mütləq iki top fərqiylə məğlub etməlidir. Əks halda Qurban Qurbanovun komandası cari mövsümdə avrokuboklarda çıxışını dayandıracaq.
Yeri gəlmişkən, bu cütün qalibi növbəti mərhələdə '"Tvente" (Hollandiya) - "DAK 1904" (Slovakiya) duelinin qalibi ilə üzləşəcək (ilk görüş 0:6).
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



