"Sabah" ÇL-da "Orxus"u əzərək mərhələ keçib
Avqustun 11-də futbol üzrə UEFA Çempionlar liqasında üçüncü mərhələnin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" klubu doğma divarlar arasında Danimarkanın "Orxus" klubunu qəbul edib. Qeyd edək ki, səfərdə keçirdiyi ilk oyunda minimal hesabla uduzan çempionumuz doğma divarlar arasında keçirdiyi cavab matçında qonağını darmadağın edərək mərhələ keçməyə nail olub. Madazırdakı "Bank Respublika Arena"-da baş tutan və taleyi fransalı referi Villi Delajoya həvalə edilən oyun "Sabah"ın 4:0 hesablı qələbəsi ilə bitib. İlk yarısı qolsuz bərabərliklə bitən matçda hesabı 59-cu dəqiqədə Velko Smiç açıb - 1:0. Matçın 67-ci dəqiqəsində Stiv Salve səhnəyə çıxıb - 2:0. 79-cu dəqiqədə Cey-Lans Mikkels hesabı 3:0-a çatdırıb. Matçın 89-cu dəqiqəsində isə Ksander Severina son nöqtəni qoyub - 4:0. Bununla da iki oyunun ümumi nəticəsinə (5:2) görə, "Sabah" turnirin növbəti mərhələsinə vəsiqə qazanıb. Və bununla da "Sabah" debüt etdiyi Avrokubokda yazdığı tarixi yeniləyib. Yeri gəlmişkən, çempionumuz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubu ilə üzləşəcək. İlk oyun avqustun 19-da İsraildə, cavab matçı isə 25 avqustda Bakıda olacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



