Tatami ustalarımız beynəlxalq TMT-də
Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandası Almatıda (Qazaxıstan) keçirilən beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılıb. ACF-dən verilən məlumata görə, avqustun 5-dən etibarən keçirilən toplantıda Azərbaycan da daxil olmaqla ümumilikdə 30 ölkəni təmsil edən 700-dən çox cüdoçu iştirak edir. Qeyd edək ki, avqustun 15-dək davam edəcək bu toplantıda əsas məqsəd cüdoçuların fiziki və texniki hazırlıq səviyyəsinin artırılmasıdır. Yerə gəlmişkən, qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan bu toplantıda müxtəlif ölkələrdən olan cüdoçular arasında randori sessiyaları da təşkil edilir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



