Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-18 basketbol millimiz AÇ-da Norveçi də udub 

Rumıniyanın Tulça şəhərində 18 yaşlı (U-18) qızlar arasında basketbol üzrə keçirilən Avropa çempionatının (FİBA U-18 Qadınlararası Eurobasket) B dvizionuna 17-20-ci yerlər uğrunda keçirilən görüşlərlə yekun vurulub. Məhz bu yerlər uğrunda mübarizə aparan Azərbaycan millisi son matçını Norveçə qarşı keçirib. Görüş millimizin 77:48 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan millisi bu yerlər uğrunda keçirdiyi hər üç oyunu qələbə ilə başa vuraraq, yekunda 20 komanda arasında 17-ci yeri tutub. Bəlli görüşün ən yaxşı oyunçusu adına isə millimizin üzvü - 25 xal, 22 ribaund və 43 effektiv xalla yadda qalan Polina Şukina layiq görülüb. Yeri gəlmişkən, Polina bundan əvvəl Estoniyaya (74:71) qarşı matçda da fərqlənmişdir (19-16+3). Xatırladaq ki, millimiz Estoniyadan öncə Şimali Makedoniyanı (75:73) da  məğlub etməyi bacarmışdı. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111