Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi

Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Əziz Mustafa tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevə təşəkkür edib.

“Tehsil365” onun fikirlərini təqdim edir:

“Həqiqətən də Nazim Xəlilov və Elnur Nəciyev tariximiz və qan yaddaşımız üçün taleyüklü bir məsələyə diqqəti cəlb ediblər və bizim bütün xalqımız da hər iki tarixçi kimi Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin Bakıda heykəllərinin qoyulacağına ümid edir. Çünki tariximizin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi həm bizim gələcəyimiz, həm də müstəqilliyimizin həmişəyaşar olması üçün xüsusi, taleyüklü önəm daşıyır.

Hər iki hörmətli tarixçimizə olduqca önəmli bir məsələyə diqqəti cəlb etdikləri üçün minnətdarlıq edir, onlara bu sahədə yeni-yeni uğurlar arzulayırıq!”

Zümrüd Əlicanlı

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111