Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan çempionu "Sabah" klubu Avrokubokda tarix yazıb 

İyulun 28-də futbol üzrə UEFA Çempionlar liqasında ikinci təsnifat mərhələnin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" klubu Finlandiyanın Kubonio şəhərində yerli 'KuPS" klubunun qonağı olub. Qeyd edək ki, bir həftə öncə Bakıda keçirilən ilk oyunda qalib (1:0) gələn çempionumuz cavab matçında da meydanı qələbə ilə tərk edib - 2:0. 

Bununla da, "Sabah" klubu debüt etdiyi turnirin ilk iki mərhələsində keçirdiyi 4 oyunun hamısını qələbə ilə başa vurmaqla üçüncü mərhələyə keçib və bununla da tarix yazıb.

"Sabah " bu nəticə ilə eyni zamanda Konfrans Liqasının əsas qrup mərhələsində iştirak etmək imkanı da qazanıb. Bu isə o deməkdir ki, əgər çempionumuz üçüncü mərhələdə udizarsa, onda mübarizəni məhz Konfrans Liqasının qrup mərhələsindən davam etdirə bilər.

Yeri gəlmişkən, "Sabah" üçüncü mərhələdə Polşanın "Lex" klubu ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin