U-18 basketbol millimiz AÇ-da Portuqaliyanı üstələyib
İyulun 24-də Xorvatiyanın Riyeka və Opatiya şəhərində 18 yaşlı (U-18) oğlanlar arasında basketbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatının "B" dvizionunda qrup oyunları davam edir. Dünən millimiz yer aldığı qrupda sayca 4-cü olan növbəti matçını Portuqaliyaya qarşı keçirib. Görüşün ilk hissəsi portogezlərin üstünlüyü ilə keçsə də, ikinci hissədə özünü toparlayan millimiz meydanı qələbə ilə tərk etməyi bacarıb - 52:50. Bu millimizin hazırki turnirdə ikinci qələbəsi olub.
Matçın ən yaxşı oyunçusu adına isə millimizin üzvü, 18 xal və 12 ribaundla yadda qalan Emanuel Aqbasan layiq görülüb. Yeri gəlmişkən, Aqbasan 68:77 hesabla bitən Azərbaycan - Ukrayna matçında da ən yaxşı oyunçu seçilib (20 xal, 17 ribaundla).
Qeyd edək ki, millimiz bundan əvvəl Ukrayna komandasını 77:68 hesabla məğlub edib, İslandiyaya (56:95) və Polşaya (60:70) uduzub.
Qeyd edək ki, millimiz 4 oyundan sonra 2 qələbə ilə yer aldığı qrupda üçüncü yeri tutub
Millimizin son matçı iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çexiyaya qarşı olacaq.
İNTİQAM Məmmədov


