Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" mövsümə qələbəylə başlayıb

Bu gün futbol üzrə UEFA Avropa liqasının ilkin təsnifat mərhələsinin ilk oyunları ilə Avropada futbol həyəcanına yenidən (2025/2026-ci il mövsümü) start verilib. Bu turnirdə ölkəmizi təmsil edən "Qarabağ" klubu ilk oyunda İslandiyanın "Vestri" klubunu qəbul edib. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və moldovalı referi Roman Jatarın idarə etdiyi oyun Qurban Qurbanovun yetirmələrinin böyük hesablı qələbəsi ilə bitib - 3:0. Vurulan qollara gəlincə, matçın 30-cu dəqiqəsində Zakarya Sova hesabı açıb. İlk yarının son dəqiqəsində (45+2) "Qarabağ"ın kapitanı Abdella Zubir hesabı 2:0-a çatdırıb. Fasilədən dönəndən sonra isə Ağdam təmsilçisi matçın 86-cı dəqiqəsində azarkeşlərinə daha bir dəfə qol sevinci yaşadıb - 3:0. Qolun müəllifi isə "Qarabağ"da debüt edən Reynaldo Sefas olub. Bundan sonra hesab dəyişməyib. 

Demək olar ki, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanmaq üçün üzərinə düşən vəzifənin yarıdan çoxunu elə ilk oyundaca həll edib.

Cavab oyunu bir həftədən sonra İslandiyada baş tutacaq .

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin