Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hindistanın Bakıdakı Səfirliyi ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edib

Hindistanın Bakıdakı Səfirliyi 2026-cı il iyulun 5-də ilk dəfə Böyük Hindistan Manqo Festivalını təşkil edərək Hindistanın məşhur “Meyvələrin Şahı” adlanan orijinal dadını Azərbaycan ictimaiyyətinə təqdim edib.


AZpress.AZ xəbər verir ki, festival böyük maraqla qarşılanıb və tədbirdə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səfirləri, diplomatik korpusun üzvləri, dövlət qurumlarının və digər təşkilatların tanınmış nümayəndələri, iş adamları, media nümayəndələri, sosial media influenserləri, Hindistan diasporunun üzvləri, eləcə də çoxsaylı Azərbaycan vətəndaşları iştirak ediblər.


Tədbir başlamazdan əvvəl festival sosial mediada geniş rezonans doğurub, paylaşılan elanlar və tanıtım materialları ictimaiyyət arasında böyük maraq yaradıb.


Axşam boyu səfirliyə gələn çoxsaylı qonaqlar Hindistanın yüksək keyfiyyətli müxtəlif manqo növlərinin dadına baxmaq imkanı əldə ediblər. Onlara dünya şöhrətli  ”Alphonso”, “Badami”, “Kesar” və digər məşhur Hindistan manqoları təqdim olunub.


Qonaqları salamlayan Hindistanın Azərbaycandakı səfiri, Zati-aliləri cənab Abhay Kumar festivala göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, bu tədbirin Hindistan və Azərbaycan arasında mədəni və xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.


Səfir Kumar çıxışında qeyd edib ki, Hindistan dünyanın ən böyük manqo istehsalçısıdır və ölkənin müxtəlif bölgələrində yüzlərlə unikal manqo növü yetişdirilir. Onun sözlərinə görə, hər bir növ Hindistanın zəngin coğrafi və kənd təsərrüfatı müxtəlifliyini əks etdirməklə yanaşı, özünəməxsus dadı, ətri və teksturası ilə seçilir.


Hindistan manqolarının Azərbaycanda uğurlu gələcəyinə əminliyini ifadə edən səfir bildirib ki, manqonun dünya miqyasında qazandığı böyük populyarlığı nəzərə alaraq, Azərbaycan istehlakçılarının da bu meyvənin bənzərsiz dadını və zəngin çeşidlərini yüksək qiymətləndirəcəyinə inanır. O, Hindistan manqolarının yaxın gələcəkdə Azərbaycan ailələrinin evlərində, süfrələrində və mətbəxində özünə layiqli yer tutacağına ümid etdiyini vurğulayıb.


Səfir həmçinin qeyd edib ki, manqo yalnız zəngin dadı ilə deyil, həm də qida lifləri, vacib vitaminlər və antioksidantlarla zəngin olması baxımından sağlam qidalanma üçün olduqca faydalıdır və dadla sağlamlığın mükəmməl vəhdətini təşkil edir.


Festival azərbaycanlı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Onların bir çoxu Hindistan manqosunun dadına ilk dəfə baxdıqlarını bildiriblər.


İlk dəfə Hindistan manqosu dadan Asif Məmmədov bu təcrübəni unudulmaz adlandırıb. O bildirib ki, manqoların zəngin dadı və ətri onu heyran edib və xüsusilə “Alphonso” və “Badami” növlərini çox bəyənib. Hindistan manqolarını həqiqi “Meyvələrin Şahı” adlandıran Asif Məmmədov qeyd edib ki, heç bir digər meyvə bu qədər zəngin dada malik deyil. O, Azərbaycan idxalçılarını və pərakəndə satış şəbəkələrini Hindistan manqolarını ölkəyə gətirmək üçün səylərini artırmağa çağırıb. Bundan əlavə, o, ənənəvi Hindistan içkisi olan manqo lassinin indiyədək daddığı ən təravətləndirici içkilərdən biri kimi qiymətləndirib.


Digər azərbaycanlı qonaqlar da oxşar fikirlər səsləndirərək bildiriblər ki, Hindistan manqoları Azərbaycan ailələrinin süfrələrinə gözəl töhfə ola bilər və yaxın gələcəkdə onların yerli supermarketlərdə və meyvə bazarlarında daha geniş satışını görmək istəyirlər.


Azərbaycanda fəaliyyət göstərən Hindistan hotellərinin nümayəndələri və beynəlxalq səviyyədə tanınan aşpazlar da təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, yay mövsümündə həm Hindistandan, həm də digər ölkələrdən gələn turistlər tərəfindən təzə manqo, manqo şirəsi, manqo lassi və manqodan hazırlanan desertlərə böyük tələbat olur. Onların fikrincə, keyfiyyətli Hindistan manqolarının müntəzəm tədarükü bu artan tələbatın daha yaxşı qarşılanmasına və Azərbaycanın kulinariya təkliflərinin daha da zənginləşməsinə töhfə verəcək.


Festival çərçivəsində Hindistanın zəngin mədəni irsini əks etdirən rəngarəng bədii çıxışlar da təqdim olunub. Mədəni proqram tədbirə xüsusi rəng qatmaqla yanaşı, Hindistan və Azərbaycan arasında mövcud olan güclü mədəni əlaqələri bir daha nümayiş etdirib.


Hindistan və Azərbaycan arasında birbaşa aviareyslərin mövcudluğu, istehlakçı marağının artması və iki ölkə arasında turizmin inkişafı fonunda Hindistan manqolarının Azərbaycan bazarında uğurlu perspektivləri olduğu vurğulanıb.


Qeyd olunub ki, Hindistanda yüksək keyfiyyətli manqoları Yaxın Şərq, Avropa, Şimali Amerika və dünyanın bir çox digər bazarlarına ixrac edən çoxsaylı təcrübəli ixracatçılar fəaliyyət göstərir. Səfirlik artan informasiya və yeni kommersiya tərəfdaşlıqları sayəsində Hindistan manqoları yaxın gələcəkdə Azərbaycan bazarında da möhkəm yer tuta biləcəyi barəsində əminliyini ifadə edib.

* * * 

ENG:

Embassy of India Organises first ever Great Indian Mango Festival in Baku

The Embassy of India in Baku hosted the Great Indian Mango Festival on 5 July 2026, bringing the authentic flavours of India's celebrated "King of Fruits" to Azerbaijan. The festival attracted an overwhelming response, drawing a large gathering that included Ambassadors from various countries and international organizations, members of the diplomatic corps, prominent personalities from government and other organizations, representatives of the business community, media professionals, social media influencers, members of the Indian diaspora, and a large number of Azerbaijani citizens.

Even before the event commenced, the festival had generated considerable excitement on social media, with announcements and promotional content creating significant public interest. 

The Embassy witnessed an enthusiastic turnout throughout the evening as visitors eagerly sampled a wide range of premium Indian mango varieties, including the world-renowned Alphonso, Badami, Kesar, and other popular varieties.

Welcoming the guests, Ambassador of India to Azerbaijan, H.E. Mr. Abhay Kumar, expressed his happiness at the overwhelming response to the festival and described it as another important step in strengthening the cultural and people-to-people ties between India and Azerbaijan.
In his address, Ambassador Kumar noted that India is the world's largest producer of mangoes, cultivating hundreds of unique varieties across the country. He observed that each variety reflects India's rich geographical and agricultural diversity while offering distinct flavours, aromas, and textures.
Expressing confidence in the future of Indian mangoes in Azerbaijan, Ambassador Kumar said that considering the global popularity of mangoes, he believed the people of Azerbaijan would also develop a lasting appreciation for their exceptional taste and diversity. He expressed hope that Indian mangoes would become a welcome addition to Azerbaijani homes, dining tables, and kitchens. He also highlighted that, besides their rich flavour, mangoes are highly nutritious, being an excellent source of dietary fibre, essential vitamins, and antioxidants, making them a perfect combination of taste and wellness.

The festival received an enthusiastic response from Azerbaijani visitors, many of whom tasted Indian mangoes for the very first time. Mr. Asif Mammadov, who experienced Indian mangoes for the first time, described the experience as unforgettable. He said he was "blown away" by their rich taste and aroma, particularly enjoying the Alphonso and Badami varieties. Calling Indian mangoes the true "King of Fruits," he remarked that no other fruit could match their richness of flavour and urged Azerbaijani importers and retail markets to make every effort to bring Indian mangoes to Azerbaijan. He also praised the traditional Indian Mango Lassi, describing it as one of the most refreshing beverages he had ever tasted.

Several other Azerbaijani visitors echoed similar sentiments, expressing the view that Indian mangoes could become a welcome addition to Azerbaijani households and that they looked forward to seeing them more widely available in local supermarkets and fruit markets.

Representatives from the hospitality industry, including Indian hoteliers and internationally acclaimed chefs working in Azerbaijan, also welcomed the initiative. They observed that hotels and restaurants frequently receive requests from Indian as well as international tourists for fresh mangoes, mango juice, mango lassi, and mango-based desserts during the summer season. They noted that a regular supply of quality Indian mangoes would help them better cater to this growing demand while further enriching Azerbaijan's culinary offerings.

The festival also featured vibrant cultural performances showcasing India's rich artistic heritage, adding a colourful cultural dimension to the celebration and reinforcing the strong cultural bonds between India and Azerbaijan.

With the availability of direct flights between India and Azerbaijan, growing consumer interest, and expanding tourism between the two countries, the prospects for Indian mangoes in the Azerbaijani market appear promising. India is home to a large number of experienced mango exporters who successfully supply premium-quality mangoes to markets across the Middle East, Europe, North America, and many other regions of the world. The Embassy expressed confidence that, with growing awareness and commercial partnerships, Indian mangoes have the potential to establish a strong presence in Azerbaijan as well.

Best coffeeshop in Berlin