Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-2026-nın bombardirləri siyahısına Messi başçılıq edir 

Ronaldo isə hələlik bu siyahıda 20-cidir 

ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən 23-cü dünya çempionatında 1/16 final mərhələsindən sonra təşkilatçılar bombardirlərin siyahısını açıqlayıb. Maraqlıdır ki, keçirilən ilk 4 oyundan sonra siyahıya 7 qolla yenə də Argentina millisinin lideri Lionel Messi başçılıq edir. Fransalı forvard Kilian Mbappe 6 qolla (4 oyun) siyahıda ikincidir. Hərəyə 5 qol vuran Erlinq Halann (Norveç, 3 oyunda) və ingiltərəli Harri Keyn cədvəldə 3-4-cü yerləri bölüşür.

Vinisius Junior (Braziliya), Usman Dembele (Fransa), Mikel Oyarsabal (İspaniya) və İsmaila Sarr (Seneqal) isə hərəyə 4 qolla müvafiq olaraq, 5-8-ci yerləri tutur.

Diqqət çəkən məqamlardan biri isə portiqaliyalı Kriştiano Ronaldonun 4 oyunda vurduğu 3 qolla 25 nəfərlik siyahıda yalnız 20-ci yerdə qərar tutmasıdır. Qeyd edək ki, indiyədək mundialda cəmi 25 futbolçu 2 və daha çox qol vurub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin