Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mərakeş millisi DÇ-2026-nın ilk 1/4 finalçısı olub

Futbol üzrə keçirilən 23-cü Dünya Çempionatında 1/8 final mərhləyə iyunun 4-də baş tutan Kanada - Mərakeş qarşılaşması ilə start verilib. ABŞ-ın Xyuston şəhərindəki "MGR Stadium" arenasında keçirilən və 72.220 azarkeşin birbaşa stadionda canlı izlədiyi oyun Mərakeşin böyük hesablı qələbəsi ilə bitib - 3:0 (0:0). Taleyi ingiltərəli referi Maykl Oliverə həvalə edilən və ilk yarısı qolsuz bitən matçda hesabı 50-ci dəqiqədə mərakeşli Azeddin Unai açıb - 1:0. 82-ci dəqiqədə isə 26 yaşlı yarımmüdafiəçi Unali dubla imza ataraq hesabı 2:0-a çatdırıb. Matçın əlavə edilmiş vaxtında (90+8) isə Sufyan Rahimi kanadalıları üçüncüsü dəfə məyus edib - 3:0. 

Bunula da Mərakeş millisi DÇ-2026-da 1/4 finala yüksələn ilk komanda olub. Kanada isə mundiala ev sahibliyi edən komandalar arasında mübarizəni başa vuran ilk milli kimi yadda qalıb.

Mərakeş 1/4 finalda Paraqvay - Fransa matçının qalibi ilə üzləşəcək. 

İyulun 5-də 1/8 final mərhələsində daha iki oyun keçiriləcək. Paraqvay Fransa ilə, Braziliyasa Norveçlə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin