Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hüseynbala Mirələmovun "Ruhum, gözlərini yum...", "Eşqin rəngləri""Bəyaz buludlar üstdə" kitablarının təqdimatı
(VİDEO+FOTO=89)

Tik-Tok: >>>   https://vt.tiktok.com/ZSCbF8BQn/

Müxtəlif mövzulara həsr olunsa da, bu romanları birləşdirən əsas xətt insanın mənəvi aləminə, vicdanına, sevgisinə və həyat qarşısında etdiyi seçimlərə müəllif baxışıdır.

"Ruhum, gözlərini yum..." romanı müasir dövrün ən mühüm mövzularından biri olan süni intellekt, texnoloji inkişaf və insanın mənəvi taleyi haqqında yazılmış dərin fəlsəfi əsərdir. Müəllif süni intellektin bəşəriyyətə təqdim etdiyi geniş imkanları yüksək qiymətləndirir. Elm, təbabət, sənaye, təhsil və gündəlik həyatın müxtəlif sahələrində süni intellektin insanın ən böyük köməkçilərindən birinə çevrildiyini göstərməklə yanaşı, onun gələcək inkişaf perspektivlərinə də nikbin yanaşır.

Lakin romanın əsas ideyası bundan daha dərin qatlara uzanır. Əsərdə oxucu qarşısında belə bir sual dayanır: İnsan zəkasının yaratdığı süni intellekt insan ruhunu, vicdanını, sevgisini, mərhəmətini və mənəvi dəyərlərini əvəz edə bilərmi?

Baş qəhrəman Leonun "mükəmməl varlıq" yaratmaq arzusu elmlə mənəviyyatın, tərəqqi ilə məsuliyyətin sərhədlərini araşdıran dramatik hadisələr fonunda inkişaf edir. Roman göstərir ki, texnologiya nə qədər qüdrətli olsa da, insanı insan edən ali dəyərlərin yerini tuta bilməz. Əsər elm və mənəviyyatın vəhdətini müdafiə edən müasir bədii-fəlsəfi romandır.

Kitabın redaktoru: Bəxtiyar Qaraca

Elmi məsləhətçi: texnika elmləri doktoru, professor Qafar İsmayılov

Rəssam: Məlikə Şəfək

* * *
"Eşqin rəngləri" insan qəlbinin ən incə duyğularını, sevginin müxtəlif çalarlarını və mənəvi kamilləşdirici gücünü əks etdirən psixoloji-fəlsəfi romandır.

Əsərdə sevgi yalnız iki insan arasındakı hiss kimi deyil, insanın daxili aləmini dəyişən, onun mənəvi bütövlüyünü formalaşdıran ali dəyər kimi təqdim edilir. Qadın və kişi münasibətlərinin incə psixoloji məqamları, sədaqət, fədakarlıq, daxili mübarizə və həyat seçimləri müəllifin özünəməxsus bədii üslubu ilə təsvir olunmuşdur.
Roman oxucuya xatırladır ki, insan ömrünün ən parlaq rəngləri məhz sevgi, mərhəmət və mənəvi saflıqdan doğur.

Kitabın redaktoru: professor İslam Qəribli

* * *

"Bəyaz buludlar üstdə" insanın mənəvi dünyasını, həyatın mürəkkəb sınaqlarını və əxlaqi dəyərləri bədii-fəlsəfi müstəvidə əks etdirən təsirli əsərlərdən biridir. Kitabda obrazların daxili aləmi, taleyləri və qarşılaşdıqları çətinliklər dərin psixoloji təhlillə təqdim olunur, müəllif insanın vicdan, sevgi və məsuliyyət hissini ön plana çəkir.

Müəllif haqqında

​Hüseynbala Mirələmovun çoxşaxəli yaradıcılığına romanlar, povestlər, hekayələr, pyeslər, publisistik əsərlər və elmi-publisistik kitablar daxildir.
Müəllifin əsərləri 50-dən çox ölkədə nəşr edilib, müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq oxucu auditoriyasına təqdim olunub. Onun bir sıra əsərləri teatr səhnələrində uğurla tamaşaya qoyulub, televiziya və bədii filmlər üçün ssenarilərə çevrilib.
Hüseynbala Mirələmov yaradıcılığında milli-mənəvi dəyərlərin qorunması, insan taleyi, sevgi, vətənpərvərlik, sosial ədalət və bəşəri ideallar aparıcı mövzulardır. O, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, dərin psixoloji təsvirləri və fəlsəfi düşüncələri ilə seçilən yazıçılardandır.

Best coffeeshop in Berlin
https://www.youtube.com/watch?v=zGjffA9fMsw