Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qazaxıstan və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcəklər

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Rəisi Vüsal Hüseynov ilə görüşüb. Görüş zamanı Səfir Qazaxıstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki dövlətin prezidentləri arasında fəal siyasi dialoq və müntəzəm qarşılıqlı səfərlər sayəsində bu əməkdaşlığın ardıcıl şəkildə möhkəmləndiyini qeyd edib. Alim Bayel həmçinin Qazaxıstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin, eləcə də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin sayının artdığını vurğulayıb. Ölkələr arasında turizm axını, habelə elmi, mədəni və təhsil sahələri üzrə nümayəndə heyətlərinin mübadiləsi intensivləşib. Bu meyillər miqrasiya axınlarının davamlı artmasına, humanitar əlaqələrin daha da genişlənməsinə şərait yaradır və miqrasiya sahəsində səmərəli əməkdaşlığın aktuallığını artırır. Öz növbəsində, Vüsal Hüseynov həmsöhbətini qurumun fəaliyyətinin əsas istiqamətləri və Azərbaycanın dövlət miqrasiya siyasətinin prioritetləri ilə tanış edib, həmçinin bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Həmsöhbətlər Qazaxıstan ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin miqrasiya sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aktivləşdirilməsi barədə razılığa gəliblər.

* * *

* * *

RU:

Казахстан и Азербайджан усилят сотрудничество в сфере миграции

Посол Республики Казахстан в Азербайджане Алим Байель встретился с Начальником Государственной миграционной службы Азербайджана Вусалом Гусейновым. В ходе встречи Посол отметил высокий уровень стратегического сотрудничества между Казахстаном и Азербайджаном, который последовательно укрепляется благодаря активному политическому диалогу и регулярным взаимным визитам Президентов двух государств. Алим Байель также подчеркнул увеличение числа азербайджанских студентов в казахстанских университетах и казахстанских студентов в азербайджанских высших учебных заведениях. Между странами интенсифицировались туристические потоки, а также обмен делегациями по научному, культурному и образовательному направлениям. Эти тенденции способствуют устойчивому росту миграционных потоков, дальнейшему расширению гуманитарных связей и повышают актуальность эффективного взаимодействия в миграционной сфере. В свою очередь, Вусал Гусейнов ознакомил собеседника с основными направлениями деятельности ведомства и приоритетами государственной миграционной политики Азербайджана, а также выразил удовлетворение развитием сотрудничества между двумя странами в данной области. Собеседники обсудили текущее состояние и перспективы сотрудничества Казахстана и Азербайджана в сфере миграции. Стороны также договорились активизировать работу по совершенствованию договорно-правовой базы в сфере миграции.

Best coffeeshop in Berlin